10 fevral 2025 - 00:30
Faşist İsrail ordusu Livanın cənubundakı Şiələrin 3 yaşayış məntəqəsindən geri çəkilib

Livan ordusu qüvvələri ölkənin cənubunda daha üç şəhərə daxil olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan ordusu bəyanat yayaraq, faşist İsrail ordusu qüvvələrinin Livanın cənubunda, Şiələrin kompakt yaşadıqları üç sərhəd qəsəbəsindən çıxdığını və Livan ordusu qüvvələrinin bu yaşayış məntəqələrinə daxil olduğunu elan edib.

Bu xəbərə əsasən, Livan ordusu qüvvələri atəşkəs razılaşmasına nəzarət edən komitə ilə koordinasiyada Livanın cənubundakı Rab Talassin, Bəni Həyyan və Talusa qəsəbələrinə daxil olublar.

Livan ordusu qüvvələri hazırda bu üç yaşayış məntəqəsinin daxilindəki evlərə baxış keçirir və insanların ora daxil olması üçün zəmin hazırlamaq məqsədi ilə bu qəsəbələrdə yollar açır.

Atəşkəs razılaşmasına əsasən, İsrail ordusu fevralın 18-dək Livanın cənubundakı işğal olunmuş ərazilərdən tamamilə çıxmalıdır, lakin müqavilənin müddətinin bitməsinə yaxın olmasına baxmayaraq, Livanın cənubunun sərhəd bölgələrində yaşayış məntəqələri hələ də sionist hərbçilər tərəfindən işğal altındadır.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!