28 iyun 2024 - 17:10
Hindistanın irqçi Narendra Modi rejimi daha bir tarixi abidə olan Məscidi viran etdi – Video

Yerli hakimiyyət orqanları isə tarixi abidə olan bu Məscidin sökülməsinin qeyri-qanuni tikintiyə qarşı aparılan daha geniş kampaniyanın bir hissəsi olduğunu təsdiqləyib. Yerli Hakimiyyət orqanları həmçinin məscidin söküntüsünün dini motivli olduğunu təkzib ediblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Xəbər mənbələri bildiriblər ki, Hidistanın anti-İslam Narendra Modi rejimi Dehlinin şimal-qərbində daha bir məscidi viran edib. Belə ki, Məscid bölgənin səlahiyyətliləri və bələdiyyəsinin tam sükutu içində dağıdılıb.

Qeyd edək ki, bir neçə divar dağıdılandan sonra Məscid binasının bəzi hissələri möhkəm olduğundan və ağır texnika tələb olunduğundan əməliyyatın müvəqqəti olaraq dayandırıldığı bildirilir.

Yerli hakimiyyət orqanları isə tarixi abidə olan bu Məscidin sökülməsinin qeyri-qanuni tikintiyə qarşı aparılan daha geniş kampaniyanın bir hissəsi olduğunu təsdiqləyib. Yerli Hakimiyyət orqanları həmçinin məscidin söküntüsünün dini motivli olduğunu təkzib ediblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!