Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Fələsin İslami Cihad Hərəkatının hərbi
qolu olan Qüds batalyonları bir bəyanatda bildiribdir ki, sionist rejimin kəşfiyyat
təşkilatı- MOSSAD və daxili təhlükəsizlik təşkilatı- ŞABAK-ın sistemlərinə
daxil olmaqla onların başqalarından casusluq etmək üzrə metod və hərəkətlərindən
xəbərdar olmağı bacarıb.
Bəyanatda deyilir: Qüds batalyonları bir mürəkkəb təhlükəsizlik əməliyyatında MOSSAD daxilində muzdluların idarə olunmaları və qüvvələr cəzbetmə sisteminə girməyə müvəffəq olub.
Fələsin İslami Cihad Hərəkatının hərbi qolunun bildirdiyinə görə, ŞABAK-a sızmaq üçün Qüds batalyonlarının döyüşçülərindən altı nəfər işə götürülüb.
Bu qrup vurğulayıbdır ki, daha çox informasiyanın təqdim edilməsi səmtinə hərəkət/ və digər zabitlərin daha çox fənd və həkətlərini ifşa etmək üçün/ öz qüvvələri vasitəsilə MOSSAD zabitinə/ ona daha çox etimad etməsini təlqin edib.
Bundan qabaq işğal olunmuş Fələstində məhkəmə islahatları layihəsinə qarşı geniş etirazlara, həmçinin sionistt rejimin təhlükəsizlik və hərbi qüvvələrinin korpusundakı itaətsizlik dalğasına görə, bu rejimin başçıları həmin rejimin təhlükəsizlik və casusluq xidmətlərinə sızma, həmçinin hərbi qüvvələrin fəaliyyətlərinin zəifləməsi haqda xəbərdarlıq etmişdilər.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!