Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiyanın
Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni
sanksiyalar tətbiq etməyə hazırdır.
Bunu bazar günü Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.
"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, Twitter-də yazıb.
Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!