25 yanvar 2023 - 18:34
İran Xarici İşlər Nazirliyinin bəyanatı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İngiltərə rejimi və bəzi Avropa Birliyi orqanları və şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

İran Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib: İran Xarici İşlər Nazirliyi müvafiq mərkəzlərin qərarlarına uyğun olaraq, müvafiq qaydalar və əlaqədar sanksiya mexanizmləri çərçivəsində, qarşılıqlı addım kimi, iqtisadi terrorizm sayılan İran xalqına qarşı zalımcasına sanksiyaların kəskinləşdirilməsində iştirak etdikləri, ağ yalanlar və yanlış informasiyalar yaydıqları, zorakılıq və çaxnaşmaya rəvac verdikləri, daxili məsələlərə qarışdıqları, xalqa qarşı zorakı və terrorçu hərəkətlərə təhrik və təşviq, eləcə də terrorizm və terror qruplarını himayə etdiklərinə görə, Avropa Birliyi dairəsindəki şəxs və orqanlara və İngiltərə rejiminə sanksiyalar tətbiq edir.

İran Xarici İşlər Nazirliyi vurğulayıb: İran İslam Respublikası orqanları müvafiq mərkəzlərin qərarlarına əsasən, bu sanksiyaların icrası üçün İran İslam Respublikasının səlahiyyətləri altında və ərazisində olan əmlak və aktivlərin saxlanılmasına, bank və maliyyə sistemində bank hesablarının dondurulmasına, İran İslam Respublikası ərazisinə giriş imkanına malik olmamağa və vizanın verilməsi qadağasına şamil olan lazımi addımları atacaq.

342/