26 sentyabr 2022 - 18:58
Sabah İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür!

İslami İran Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü axşamında matəm içindədir. Sabah 1444-cü hicri qəməri ili səfər ayının 30-u şiələrin səkkizinci imam Həzrət İmam Rzanın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza (ə) 148-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya göz açdı və 203-cü hicri qəməri ili səfər ayının son günü şəhid edildi. 

Həzrət İmam Rzanın həyatı və imamlıq dövrü insanların Əhli-Beytə (ə) marağının daha çox artdığı və Əhli-Beytin (ə) ictimai bazalarının genişləndiyi dövrdür. 

İnsanların dünya şiələrinin 8-ci imamına (ə) maraqlarının artması ilə Abbasilər xəlifəsi Məmun məkrli plan hazırlayaraq onu zəhərlədi və şəhid etdi. 

İslami İranın xalqı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsi və günündə, hüseyniyyələr, məscidlər, Məşhəddə o həzrətin pak ziyarətgahı, Qum şəhərində Həzrət Məsumənin (s.ə) ziyarətgahında əzadarlıq edir. 

ABNA telekanalı adından Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə əlaqədar bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı veririk. 


342/