14 aprel 2022 - 04:40
ABŞ Azərbaycanda insan haqlarının pozulduğunu deyir

ABŞ Dövlət Departamentinin çərşənbə axşamı yaydığı hesabatda Azərbaycan Respublikası iqtidarını insan haqlarını kobud şəkildə pozmaqda ittiham edib.

ABNA24 Xəbər Verir ,ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda həbsxanalarda sərt, bəzən isə həyat üçün təhlükəli saxlanma şəraitlərinə; özbaşına həbslərə; siyasi məhbuslara diqqət çəkib.

 Azərbaycanda mühüm insan hüquqları pozuntularını - güc qurumlarının əməkdaşları tərəfindən qanunsuz və özbaşına qətllərdən, işgəncələrdən, ləyaqəti alçaldan davranışdan ölkə hüdudlarından kənarda insanlara qarşı siyasi motivli repressiyalara qədər pozuntuları əks etdirir bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib.

2021-ci ili nəzərdə tutan hesabatda söz azadlığı və KİV sahəsində ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılığı, böhtanın kriminallaşdırılması, həmçinin jurnalistlərin şübhəli ittihamlarla təzyiqə məruz qalması və azadlıqdan məhrum edilməsi; internet azadlığında ciddi məhdudiyyətlər, o cümlədən veb-saytların bloklanması; dinc toplaşma hüququnun faktiki olaraq qadağan edilməsi və assosisasiya azadlığına ciddi müdaxilə; yerdəyişmə azadlığına məhdudiyyətlər əksini tapıb.

ABŞ Dövət Departamentinin hesabatının Azərbaycan Respublikası ilə bağlı hissəsində əksini tapan digər pozuntular siyasi həyatda iştirakla bağlı ciddi məhdudiyyətlərdən; hökumətdə sistemli korrupsiyadan; cinsi meylə görə polisin insanlara qarşı amansızlığından; işçilərin birləşmək azadlığının ciddi şəkildə məhdudlaşdırılmasından və uşaq əməyinin ən pis formalarının mövcudluğundan ibarətdir.

342/