9 aprel 2022 - 11:38
Ukraynanın iddiası rədd edilib

Rusiya müdafiə nazirliyi Kiyevin, Ukraynanın Kramatorsk şəhər dəmiryolu stansiyasına rus raketinin atılmasına dair iddiasını rədd edib və onu təhrikedici bir iddia adlandırıb.

ABNA24 Xəbər Verir , Rusiya müdafiə nazirliyi həmçinin bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün Kramatorsk şəhərində heç bir tapşırıq yerinə yetirməyiblər.

Nazirlik vurğulayıb: Qəlpələri Kramatorsk şəhər dəmiryolu stansiyasının yaxınlığında tapılmış «Toçka-U» ballistik raketləri yalnız ukraynalı qüvvələr tərəfindən istifadə olunur.

Rusiya müdafiə nazirliyi qeyd edib ki, Ukrayna ötən ay da bu raketdən istifadə ilə Donetsk şəhərinin mərkəzini hədəfə almışdı.

342/