22 mart 2022 - 16:33
Myanma hökümətinə Rohinca müsəlmanlarını qırdıran ABŞ indi Ruhinga müsəlmanların soyqırımını tanıdı (!)

Xatırladaq ki, Myanma buddist dövlətinin Ruhinqa müsəlmanlarına qarşı soyqırım törətdiyi bir zmanda ABŞ 2012-ci ilin Sentyabr ayının 19-da Myanma dövlət müşaviri olan Aunq San Suu Kyi Ağ Evə dəvət edərək Konqresin Qızıl medalını rəsmən ona təltif etmişdir. Bu isə öz növbəsində ABŞ-ın bir başa Myanmadakı Ruhinqa Müsəlmanlarına qarşı soyqırım aktının törədilməsinə dəstək verməsi deməkdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ dövlət katibi Entoni Blinken Myanma ordusunun Rohinca xalqına qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəlib.

“ABŞ Holokostdan əlavə yeddi soyqırımını tanıyıb. Bu da səkkizincisidir. Birma silahlı qüvvələrinin üzvləri Rohincalara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törədiblər”, - deyə Blinken bildirib.

O, çoxsaylı misallar gətirərək Myanma hərbçilərini Rohincalara qarşı qırğınlarda, kəndlərini dağıdıb, sakinlərə işgəncə verməkdə, zorlamaqda ittiham edib.

Blinken, həmçinin onilliklər ərzində Rohincaların hüquqların məhdudlaşdırılması, ayrı-seçkilik, ana dilində televiziya və radio yayımının dayandırılmasından da danışıb.

Xatırladaq ki, Myanma buddist dövlətinin Ruhinqa müsəlmanlarına qarşı soyqırım törətdiyi bir zmanda ABŞ 2012-ci ilin Sentyabr ayının 19-da Myanma dövlət müşaviri olan Aunq San Suu Kyi Ağ Evə dəvət edərək Konqresin Qızıl medalını rəsmən ona təltif etmişdir. Bu isə öz növbəsində ABŞ-ın bir başa Myanmadakı Ruhinqa Müsəlmanlarına qarşı soyqırım aktının törədilməsinə dəstək verməsi deməkdir.

Qeyd edək ki, Rohincalar Myanmanın Rakhayn əyalətində yaşayan müsəlman etnik benqallardır. Onlar 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Britaniya müstəmləkəçi hakimiyyəti tərəfindən oraya köçürülmüş benqalların nəsilləridir. Rohincaların əksəriyyətinin Myanma vətəndaşlığı yoxdur. Belə ki, onlar 100 ildən çox Rakhayn əyalətində yaşamalarına baxmayaraq, bu ölkədə qeyri-qanuni miqrant sayılırlar.

2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 5.000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 700,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Xatırladaq ki, 50 milyon əhalisi olan Burmanın yüzdə 15-ni Müsəlmanlar təşkil edir. Geri qalan əhalinin böyük bir əksəriyyəti isə, buddistlərdir. Müsəlmanların böyük əksəriyyəti, ölkənin Arakan adlı bölgəsində yaşayır. Buddistlərin isə, bunlara qarşı soyqırımları davam edir. Körpələrin ana bətnindən diri-diri çıxardaraq kabab edib yeməkləri, Məscid və evləri yandırmaqları, Qurani Kərimi toplum sürətdə tapdalayaraq Müsəlman kişi və qadınları diri-diri yandırmaqları hələ də, davam edir...

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində təqribən 90 min Müsəlman evsiz-eşiksiz qalıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!