22 fevral 2022 - 04:15
Rəisi Dohaya daxil olub

Qaz İxrac Edən Ölkələr Forumunda iştirak etmək üçün Qətərə səfər etmiş İran İslam Respublikası prezidenti bu ölkənin paytaxtı Dohaya daxil olub.

ABNA24 Xəbər Verir , Seyid İbrahim Rəisi Qətərə iki günlük səfəri çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunda iştirakdan əlavə ev sahibi və qonaq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər də keçiriləcək.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani rəsmi dəvəti ilə Dohaya getmiş Rəisi bu gün onunla görüşəcək.

İki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar və bir sıra saziş və anlaşma memorandumlarının imzalanması İran İslam Respublikası prezidentinin Qətərə səfərinin ilk gününün digər planlarındandır.

Rəisi, həmçinin Qətərdə yaşayan iranlılarla görüşəcək və iranlı və qətərli iş adamları ilə də danışıqlar aparacaq.

Rəisi səfərinin ikinci günündə Qaz İxrac Edən Ölkələr Forumunda iştirak və çıxış edəcək.

342/