11 yanvar 2022 - 20:18
Bir gündə ABŞ-ın iki hərbi karvanı İraqda hədəfə alınıb

Ərəb mediasının məlumatına görə, hücum iki tank əleyhinə mərmidən istifadə edilməklə həyata keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın paytaxtı Bağdad əyalətinin Əl-Yusufiyyə bölgəsində ABŞ hərbi logistika karvanına hücum edilib.

Media mənbələri bildiriblər ki, hücum iki ayrı mərhələdə həyata keçirilib, birincisi bu gün 11.01.2022 tarix, səhər saat 7:30-da, digəri isə saat 19:40-da.

Hücuma görə məsuliyyəti Ulu əl-Əzm qruplaşması öz üzərinə götürüb.

ABŞ-ın daha bir hərbi logistika karvanı da İraqın cənubundakı Əl-Muthanna əyalətinin mərkəzi Səmava şəhərində hədəfə alınıb.

Ərəb mediasının məlumatına görə, hücum iki tank əleyhinə mərmidən istifadə edilməklə həyata keçirilib.

Qeyd edək ki, Sərdar Süleymani və Əbu Mehdi əl-Mühəndisinin ABŞ tərəfindən şəhadətə yetirilməsinin ardınca İraq parlamenti Amerika hərbçilərinin İraqdan çıxarılması planını təsdiqləyib. Qanuna görə, ABŞ qoşunları dekabrın sonuna qədər İraqdan tamamilə çıxmalı idi. Amma İraq mənbələrinə görə, 2500 ABŞ əsgəri hələ də İraqda qalmaqdadır və vəzifəsini hərbi arenadan məsləhətçi qisminə dəyişərək bu ölkəni tərk etməkdən imtina edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!