31 dekabr 2021 - 12:18
İran XİN-in bəyanatı

İran Xarici İşlər Nazirliyi bildirib ki, general-leytenant pasdar şəhid Qasım Süleymani daima İran İslam Respublikasının region və dünya səviyyələrində sülh və sabitliyin bərqərarına kömək üzrə prinsipial siyasətləri istiqamətində rol oynayıb.

ABNA24 Xəbər Verir, İran Xarici İşlər Nazirliyi İslamın rəşadətli generalı, general-leytenant pasdar Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində bir bəyanat yayıb.

Bəyanatda deyilir: Amerika hökuməti ikili standartlar tətbiq etmək və terrorizmlə mübarizə iddiası da daxil olmaqla yalan iddialar irəli sürməklə beynəlxalq prinsip və qaydaları pozan cinayətkarcasına bir hərəkətdə ev sahibi olan İraq ölkəsinin ərazisində İran İslam Respublikasının yüksək dərəcəli rəsmilərindən olan general Süleymaniyə qarşı terror hücumu planlaşdırıb, həyata keçirdi.

Bəyanatda sonra deyilir: Amerikanın ozamankı başçılarının terrorizmlə mübarizənin beynəlxalq qəhrəmanının əyani şəkildə terror edilməsi üzrə hərəkəti terrorizmlə mübarizə iddiaçılarının yalançılığını aşkar şəkildə ifşa edən terror qruplarına bir dəstəkdir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında daha sonra bildirilir: General Süleymaninin, Əbu-Mehdi Əlmühəndisin və onları müşayiət edənlərin şəhadəti nəinki müqavimət mehvərinin imkanlarını azaltmadı, əksinə, bir tərəfdən, İranın daxili mühitində başdan-başa milli birlik yaratdı, digər tərəfdən isə müqavimət strategiyası və diskursunu daha artıq büruzə verdi.

İran Xarici İşlər Nazirliyi vurğulayıb: Şübhəsiz, Amerikanın general Süleymanini şəhid etmək üzrə cinayətkarcasına hərəkəti, bu ölkənin ozamankı hökuməti tərəfindən mütəşəkkil surətdə planlaşdırılıb, həyata keçirilən «terror hücumu»nun bir nümunəsi olub və hazırda da onun məsuliyyəti Ağ Ev-in üzərinə düşür.

İran Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir: Məsələni izləmək məqsədilə siyasi, hüquqi, beynəlxalq və ümumi diplomatiya istiqamətlərində xeyli sayda addımlar atılıb və bu cinayətə görə, Amerika hökumətinin beynəlxalq səviyyədə etik, siyasi və hüquqi cəhətlərdən pislənilməsi, əldə olunan nəticələrdən olub.

342/