ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: İran İslam Respublikasının Yəməndəki mübariz və bacarıqlı səfiri Həsən İrlunun şəhadət kimi vəfatı münasibətilə onun əziz xanədanına və uzunmüddətli mübarizəsinin müxtəlif mərhələlərindəki dostları və həmfikirlərinə başsağlığı verirəm.
O həzrət əlavə ediblər: Onun iftixarlı dosyası ictimai fəaliyyət, diplomatik səylər və siyasi mübarizələrdən bir məcmuədir. Onun iki qardaşı ondan öncə şəhadətə nail olub. Bu cihadçı qardaşa və onun fədakar, gözüaçıq və səbirli ailəsinə Allahın rəhməti olsun.
İraqın bəəs rejiminin İrana qarşı kimyəvi hücumunun müharibə əlili də olan İranın Yəməndəki səfiri Həsən İrlu öz tapşırıq məkanında koronaya yoluxdu və Yəmənə təcavüz etmiş ölkələrin gecikmiş həmkarlığına görə, təəssüflə, qeyri-münasib bir şəraitdə İrana geri döndü.
342/