9 dekabr 2021 - 13:58
Blinkendən peşmançılıq etirafı

ABŞ-ın dövlət katibi çərşənbə axşamı günü bir müsahibədə deyib ki, Vaşinqtonun Birgə Əhatəli Fəaliyyət Planından çıxması olduqca böyük bir səhv idi.

ABNA24 Xəbər Verir, yenə də inanırıq ki, diplomatiya İranın nüvə problemininin həlli üçün ən yaxşı yoldur- «Uolstrit Journal»a müsahibə verən Entoni Blinken belə deyib.

ABŞ-ın dövlət katibi vurğulayıb ki, İranın Birgə Əhatəli Fəaliyyət Planındakı öhdəliklərinə qayıdışı üzrə fürsət sonsuz qalmayacaq.

Amerika dövlət katibinin ölkəsinin nüvə anlaşmasından çıxmasından peşmançılıq ifadə etməsi zəminində qeyd edək ki, ABŞ-ın hazırkı hökuməti bu ölkənin keçmiş hökumətinin İrana qarşı maksimum təzyiq siyasətini qoruyub saxlayıb və 2015-ci il nüvə anlaşmasını bərpa etmək üçün Donald Trampın prezidentliyi dövründə və ondan sonra İran əleyhinə tətbiq edilmiş bütün sanksiyaları götürməyə hazır deyildir.

342/