ABNA24 Xəbər Verir, Türkiyə Prezidenti rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) genişləndirilmiş iclasında çıxış edərkən AKP-nin 2023-cü il seçkilərində həm president həm də parlament yerlərini qazanacağını deyib:
“Hələ də “erkən seçkilər, erkən seçkilər” deyirlər. Erkən seçki olmayacaq, 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə həm yenidən prezident olmaq uğrunda mübarizəmizi qazanacağıq, həm də partiyamız parlamentdə çoxluğu əldə etməklə daha bir rekord əldə edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.
342/