22 noyabr 2021 - 17:27
Ayətullah Rəisi: Bəsic ruhu ilə ölkənin problemləri həll oluna bilər / Biz nüfuzlu mövqedəyik

Prezident cənab Rəisi: “İnzibati sistemdə səmərəlilik ondan ibarətdir ki, işçilər öz vəzifələrini tam bilsinlər, insanların və müraciət edən vətəndaşların problemlərinin həllində öz məsuliyyətlərini hiss etsinlər və insanlara sevgi ilə yanaşsınlar..."

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ayətullah Dr. "Seyyid İbrahim Rəisi" noyabırın 22-də, Prezident Qurumunun Bəsiciləri ilə Bəsic Həftəsi şərəfinə bağlı təşkilatlar arasında keçirilən görüşdə, Bəsicilərin əsas xüsusiyyətlərinin məsuliyyətli və riskli olduqlarını bildirərək deyib: “Prezident qrumunda çalışan işçilər məsuliyyətli olsalar, xalqa və müştəriyə layiqli və uyğun cavab verə bilsələr, şübhəsiz ki, digər qurumlar da bu qurumdan nümunə götürəcəklər.”

Prezident inzibati sistemdə islahatların aparılmasını, təşkilat və idarələrdə operativliyin gücləndirilməsi üçün çalışmağı zəruri sayaraq demişdir: “İnzibati sistemdə səmərəlilik ondan ibarətdir ki, işçilər öz vəzifələrini tam bilsinlər, insanların və müraciət edən vətəndaşların problemlərinin həllində öz məsuliyyətlərini hiss etsinlər və insanlara sevgi ilə yanaşsınlar..."

Ölkənin inzibati sistemindəki çatışmazlıqları və problemləri tənqid edən doktor Rəisi deyib: “Əlbəttə, əgər ölkənin inzibati sistemində bəsic ruhu varsa, biz çox problem və səmərəsizlik görməyəcəyik, ona görə də inzibati sistemin səmərəliliyi üçün , bu ruhu təbliğ etmək və genişləndirmək lazımdır...”

Qeyd edək ki, “Bəsic”, İslam İnqilabının Banisi İmam Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış paramilitarist könüllü milis təşkilatıdır. Təşkilatın rəsmi adı Bəsic Müqavimət Qüvvəsidir. Bu təşkilat birbaşa Vəliyyi Fəqihdən əmr alır. Hal-hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!