12 noyabr 2021 - 08:04
Türkiyədə iki sionist yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkədə iki sionisti həbs ediblər.

ABNA24 Xəbər Verir, Bu xəbəri təsdiqləyən sionist rejim mediaları həmin həbsin səbəblərinə işarə etməyiblər.

Bu iki sionistin həbs edilməsi fonunda qeyd edək ki, Türkiyə kəşfiyyat təşkilatı- MİT-in qüvvələri son zamanlar bu ölkə ərazisində geniş miqyasda fəaliyyət göstərən sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın on beş nəfərlik şəbəkəsini dağıdıb və onun üzvlərini həbs ediblər.

Sionist rejimin bu casusluq şəbəkəsi Türkiyədəki anti-sionist fəallar barədə məlumat toplamaqla məşğul imiş.

MOSSAD-ın bu casusluq şəbəkəsi təqribən bir il nəzarətdə saxlanmışdı.

342/