11 noyabr 2021 - 10:10
"Torpaqların işğaldan azad edilməsi dönüş nöqtəsidir"

İranlı deputat Azərbaycan Respublikası xalqını qələbə günü münasibətilə təbrik edib.

ABNA24 Xəbər Verir, Təbrizin İran parlamenti - İslam Şurası Məclisindəki təmsilçisi, millət vəkili Ruhullah Mütəfəkkir Azad  Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

İranlı deputat bununla bağlı rəsmi twitter səhifəsində yazıb.

O qələbə günü ilə bağlı fikirlərini belə davam edib:

“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq . Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların  xaos yaratmaq üçün xoşagəlməz  hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır.”

342/