Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İranla müharibədə İsrailin dağılmasından danışarkən, burada məsələ əvvəlki təhlildən fərqlidir: İsrail rejiminin tamamilə yox olması hərbi cəhətdən zahiri hesablamalara görə real görünməsə də, lakin müharibənin uzun sürməsi İsraili daxildən ciddi şəkildə yeyir və parçalanıb dağılma riskini artırır.
Hərbi mənzərə: İsrail hələ də üstündür, amma yorulub
2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana birgə hücum edərək Ümüdünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei həzrətlərini Şəhid etdi. İran cavab zərbələri endirdi, lakin indiyə qədər İsrailin hərbi gücünü hələ tam sındırmayıb. Bu səbədən də İsrail ordusu həmişəki kimi ABŞ və İngiltərə başda olmaqla Avropa ölkələrinin dəstəyi ilə hələ də regionun ən güclü hərbi maşınıdır və İranın hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurub.
Lakin bütün bunlara rəğmən İsrail İrana qarşı tam miqyaslı müharibəni tək davam etdirə bilmir. İsrailin öz kəşfiyyat dairələri etiraf edir ki, İranla müharibə ABŞ-ın iştirakı olmadan uğurlu ola bilməz. Netanyahu ABŞ-ı yenidən müharibəyə çəkməyə çalışır, ancaq Tramp öncədən buraxdığı səhvləri yenidən təkrarlamaq istəmir və ona gərə də hələ qəti qərar verməyibdir.
Müharibə İsraili içəridən xorə kimi yeyir
İsrail üçün əsl təhlükə xarici damillər eyil, daxili parçalanmadır. İsrail 2026-cı ilin oktyabrında 27-də seçki ərəfəsindədir və müharibə bu seçkini tamamilə kölgələyib.
Netanyahunun siyasi manevri:
Netanyahu seçkidə uduzmaq riski ilə üzləşir. Rəylərə görə, onun koalisiyası 52-53 yer qazanır, hökumət qurmaq üçün lazım olan 61 yerə çatmır. Müharibə onun üçün seçkini təxirə salmaq və "müharibə lideri" imicini gücləndirmək vasitəsidir.
Ordunun xəbərdarlığı:
İsrail ordusunun baş qərargah rəisi seçkidən əvvəl yeni müharibə başlasa, seçkinin təxirə salına biləcəyini açıq şəkildə deyib. Bu, müharibənin artıq siyasi alətə çevrildiyini göstərir.
Ehtiyat əsgərlərinin travması:
İki illik müharibədən sonra ağır psixoloji travma ilə qayıdan ehtiyat əsgərləri, iqtisadi böhran və üstə gəl Haredi yəhudilərinin hərbi xidmətdən azad edilməsi cəmiyyətdə dərin qırıq xətləri yaradıb.
İranın hərbi hədəfi İsraili dağıtmaq deyil
İranın rəsmi mövqeyi İsrailin " vrlığını" tanımamaqdır, lakin hərbi strategiyası İsraili bir başa hərbi yollarla məhv etmək deyil, daha çox ABŞ və İsrail rejimlərini özü ilə yəni İranla müharibənin iqtisadi və siyasi yükünü daşımağa məcbur etməkdir.
Bu müharibədə İranın əsas silahları 1- Hörmüz boğazını bağlamaq, 2- regiondakı müttəfiqlər (Husilər, Hizbullah və digər Müqavimət Qüvvələri) vasitəsilə ABŞ və İsrailə təzyiq və raket zərbələri endirməkdir. İsraili işğal etmək planı isə sonda yerləşir.
Nəticə: İsrailin "Dağılma" projesi hansı formada ola bilər?
İsrailin bir dövlət kimi xəritədən silinməsi müharibənin davam edəcəyi təqdirdə aşağıdakı formalarda ola bilər:
1. Seçki böhranı və hakimiyyət boşluğu: Netanyahu seçkini təxirə salmaq üçün müharibəni uzada bilər, lakin bu, “demokratik” institutlara zərbə vurur. Nəticədə Netanyahonun rəqibləri daxildə münaqişələri gücləndirərək rejimi zəiflədirlər.
2. İqtisadi tükənmə: Hərbi xərclər və beynəlxalq təcrid İsrailin texnologiya sektoruna əsaslanan iqtisadiyyatını sıxır. Nəfəs almağı ona çətinləşdirir.
3. Sosial parçalanma: Haredi məsələsi və müharibə yorgunluğu cəmiyyətdə dərin nifrət yaradır.
4. ABŞ dəstəyinin qeyri-müəyyənliyi: Tramp İsraili dəstəkləyir, lakin öz seçkisi üçün müharibəni nə vaxt dayandıracağını bilmir.
Qeyd edək ki, əgər İranla müharibə İsrailin daxili siyasi böhranı ilə üst-üstə düşsə, İsrail dövləti mövcud sərhədləri və ya "yəhudi dövləti" xarakterini saxlaya bilməyə bilər. Bu, həm hərbi məğlubiyyətdən həm də, daxili çürümədən qaynaqlanacaq labüd məsələdir.
Sizin rəyiniz