ABNA24 Xəbər Verir, İraqın son parlament seçkilərində ən çox səs toplayan Müqtəda Sədr verdiyi açıqlamada, bütün qrupları təmkinli olmağa və qanuni etiraz vasitələrinə riayət etməyə çağırıb".
İraqda keçirilən parlament seçkilərində bir çox namizəd Yüksək Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə etiraz ediblər və nəticələrin açıqlanmasında daha çox şəffaflıq tələb ediblər.
Yüksək Seçki Komissiyasının bildirdiyinə görə, indiyə kimi şiə Sədr fraksiyası 73, Sünni Koalisiya 38, Hüquq Dövləti Koalisiyası 37 və İraq Kürdüstanı Demokratik Partiyası 32 yer qazanıb.
Müşahidəçilərə görə, fraksiyalardan heç biri parlamentdə daha böyük bir fraksiya yaratmaq üçün lazım olan sayda səs toplaya bilməyib.
342/