6 oktyabr 2021 - 06:58
Sosial şəbəkələrdə pozuntular

WhatsApp, İnstagram və Facebook sosial şəbəkələri dünya səviyyəsində geniş bir kəsilmə ilə üzləşiblər.

ABNA24 Xəbər Verir, Facebook, həmçinin onun tabeliyində olan və ortaq infrastrukturlardan istifadə edən WhatsApp və İnstagram tətbiqləri dünən tam şəkildə kəsliblər. Facebook ailəsindən olan digər məhsullar, o sıradan «Facebook Workplace» də öz işlərini dayandırıblar.

Facebook-un web variantının istifadəçiləri bir xəta səhifəsi və ya mesaj müşahidə ediblər ki, bu da onların brauzerlərinin bu proqrama qoşula bilmədiklərini göstərir.

WhatsApp və İnstagram tətbiqləri öz fəaliyyətlərini davam etdirirlər, lakin göndərilən və ya qəbul edilən mesajlar daxil olmaqla, yeni məzmunlar sinxronlaşdırılmırlar.

342/