28 sentyabr 2021 - 17:56
"Taliban" ABŞ-a xəbərdarlıq edib

Biz ABŞ -ı “Taliban” və Vaşinqton arasında” imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun nəticəsi ola bilər”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Taliban” ABŞ-ı pilotsuz uçan aparatların Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

Məlumata görə, müvafiq bəyanat bu gün hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tviter səhifəsində dərc edilib.

Zəbihullah bəyanatında deyib: “ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə “Əfqanıstan İslam Əmirliyi”nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub.

Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı “Taliban” və Vaşinqton arasında” imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun nəticəsi ola bilər”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!