Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ayətullah Seyyid Kəmal Fəqih İmani dünyasını dəyişib.
İnnə Lilləhi və İnnə İleyhi Raciun! Biz ABNA olaraq redaksiyamızın adından o mərhumun ailə üzvlərinə və yaxınlarına təsliyyət ərz edib, Allah təaladan səbr diləyirik.
Qeyd edək ki, Ayətullah Seyyid Kamal Fəqih İmani (1313 hicri şəmsi ilində, 1934-cü miladi ilində anadan olmuşdur), İsfahanın mücahid və xeyirxah alimlərindən və İmam Xomeyninin tələbələrindən biri olmuşdur. Bir çox böyük sivil, sosial, mədəni və tibbi xidmətlərin və işlərin mənbəyi olmuş Ayətullah Seyyid Kamal Fəqih İmani, İmam Xomeyninin göstərişi ilə, Quran Kərimin ingilis və rus dillərində "Nur al-Quran fi Tafsir al-Quran" adlı ilk təfsirini ərsəyə gətirmişdir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!