4 iyun 2021 - 19:07
Belarus ABŞ-ın müvəqqəti işlər vəkilini çağırtdırıb

Amerikanın Belarusdakı müvəqqəti işlər vəkili Cefri Cok bu ölkənin xarici işlər nazirliyinə çağırtdırılıb və Minskin Amerikanın sanksiyalarına cavabı ona bəyan edilib.

ABNA24 Xəbər Verir, nazirliyin sözçüsü Anatoli Qlaz bu məsələyə işarə ilə qeyd edibdir ki, Belarusun Amerikanın sanksiyalarına cavabı icraya qoyulub.

Belarus xarici işlər nazirliyinin sözçüsü deyib ki, Belarus müstəqil bir ölkə kimi Amerikanın bu qeyri-səmimi hərəkətinə göz yuma bilməz.

Amerika hökuməti ötən həftə Avropa Birliyinin siyasətinin ardınca gedərək, Belarusun dövlət şirkətləri və məsul şəxslərindən bir qrupunu sanksiya etdi. Bu sanksiyaların səbəbi, Belarusun bir sərnişin təyyarəsini zorla düşürməsi və siyasi bir tənqiçini həbs etməsi olubdur.

342/