ABNA24 Xəbər Verir, nazir müavini müsahibəsində bildirib ki, yerli şirkətlər "Azadeqan" yatağının işlənməsi üçün ilkin araşdırmalar aparıblar.
Onun sözlərinə görə, tədqiqatlar aparıldıqdan sonra bu şirkətlərin texniki və maliyyə təklifləri İran Milli Neft Şirkəti tərəfindən təsdiqlənərsə, müqavilə ilə bağlı danışıqlara başlanacaq.
Həmçinin Dehqan Çin şirkətinin "Azadeqan" neft yatağının işlənməsi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, dünyanın ən iri on neft yatağından biri sayılan "Azadeqan" yatağı İranla İraq arasındakı ortaq sərhəddə yerləşir.
342/