6 aprel 2021 - 12:19
Zərif Bişkekə daxil oub

İran İslam Respublikasının xarici işlər naziri regional səfəri çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekə daxil olub.

ABNA24 Xəbər Verir, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif  regional səfəri çərçivəsində və Xarici İşlər Nazirliyindən bir nümayəndə heyətinin müşayiəti ilə Qırğızıstanın paytaxtı Bişkekə daxil olub.

Bu səfərdə Zərifin Alarçada yerləşən Qırğızıstan prezidentinin iqamətgahında əvvəlcə bu ölkənin xarici işlər naziri Ruslan Kazakbayev, sonra isə Qırğızıstan prezidenti Sadır Japarovla görüşü gözlənilir, görüşdən sonra Zərif mətbuat konfransında iştirak edəcək. 

Sonda isə İranın xarici işlər naziri Bişkeki Nursultan istiqamətində tərk edəcək.

342/