23 mart 2021 - 16:22
ABŞ 9 İŞİD terrorçusunu Suriyadan İraqa köçürdü

ABŞ Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd yaraqlılarından ibarət silahlı birləşmənin nəzarətində olan Qaviran həbsxanasından 9 İŞİD terrorçusunu İraqa köçürüb.

ABNA24 Xəbər Verir, İraqın İlam Əl-Hərbi İnformasiya Mərkəzinin məlumatına əsasən, Amerika SDQ-nin nəzarəti altında olan Suriyanın Əl-Həsəkə vilayətindəki Qaviran həbsxanasından çıxardığı 9 İŞİD terrorçusunu güclü təhlükəsizlik tədbirləri altında Semelka sərhəd qapısından keçirərək İraqa gətirib..

 Xəbərdə, ABŞ tərəfindən İraqa köçürülən terrorçuların Deyr Əz-Zor vilayətinin Bağuz bölgəsində yaxalandığı və bu suriyalı olmayan terrorçuların İŞİD daxilində mühüm vəzifələrinin olduğu bildirilib.

 Həbsxanadan çıxarılarkən SDQ yaraqlıları tərəfindən təhlükəsizliyin təmin olunduğu bölgədə, ABŞ helikopterlərinin də uçduğu qeyd edilib.

 ABŞ-ın İŞİD terrorçularını Suriyadan İraqa, İraqdan Suriyaya köçürdüyü barədə tez-tez məlumatlar yayılır.

342/