21 fevral 2021 - 05:25
Qrossi Tehrana daxil olub

MAQATE-nin baş direktoru Rafael Qrossi İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşmək məqsədilə dünən gecə Tehrana daxil olub.

ABNA24 Xəbər Verir, o, Tehrana daxil olarkən İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Kazem Qəribabadi tərəfindən qarşılanıb.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Fars xəbər agentliyilə müsahibədə deyib ki, Rafael Qrossi ilə görüşdə agentliyin nəzarət razılaşması çərçivəsindəki mülahizələri və iki tərəfin həmkarlıqları nəzərdən keçiriləcək.

342/