9 yanvar 2021 - 13:57
Rusiyada təyyarə qəzası oldu, 3 nəfər öldü

Rusiyanın Leninqrad vilayətinin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında təyyarə qəzası baş verib.

ABNA24 Xəbər Verir,  Ölənlərdən ikisi kişi, biri qadındır. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri yollanıb.

İlkin məlumata görə, qəzaya pilotun səhvi və ya texniki nasazlıq səbəb göstərilir.

Məlumata görə, yerə çırpılan “Piper” təyyarəsi özəl olub. Qəza zamanı Qostilitsa aerodromunda təlim uçuşları həyata keçirilirmiş.

342/