ABNA24 Xəbər Verir, Əbdurrəhman Əl-Sədis dünən gecə bir məlumatda Böyük Peyğəmbər(s.ə.s)-in qəbrinin ziyarəti və Rövzəyi-Mütəhharə-də ilahi fərizənin əda edilməsi üçün namazqılanların icazə almalarını təbrik edibdir.
Ərəbistanın rəsmi televiziyası da bu gün səhərin ilk saatlarında bildiribdir ki, bu ölkənin məsul şəxsləri yeddi aydan sonra ilk dəfə Ərəbistan vətəndaşlarına və həmin ölkədə yaşayan şəxslərə Məkkədə yerləşən Məscidulhəram-da namaz qılmaq icazəsi veriblər.
Belə bir halda, Ərəbistan Qırmızı Aypara Təşkilatı da zəvvarlar və namazqılanların Rövzəyi-Mütəhharə-yə girişi layihəsinin icrasından xəbər veribdir.
Rövzəyi-Mütəhharə Məscidül-Nəbinin bir hissəsi olaraq, müsəlmanların yanında yüksək mövqeyə malikdir.
Məscidül-Nəbi və Rövzəyi-Mütəhharənin məsul şəxsləri ötən mart ayında koronavirus pandemiyasının nəzarətə alınması məqsədilə bu məkanı bağlamışdılar.
342/