11 oktyabr 2020 - 14:06
Əhvazın Ameri Bazarında partlayiş

Bu gün səhər Əhvazın Ameri Bazarında qaz partlaması qəzaya səbəb olub.

ABNA24 Xəbər Verir, Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin Təcili yardım Mərkəzinin sədri deyib: Hadisə bu gün səhər Ameri Bazarı - Ələvi küçəsiində baş verib.

Dr. Farhang Kərəbəndi əlavə edib: Yanğın baş verdikdən sonra hadisə yerinə xilasedicilər göndərilib və  Yaralılar İmam Xomeyni və Gülüstan xəstəxanalarına köçürülüb. Təəssüf ki, indiyədək beş nəfər ölüb, doqquz nəfər yaralanıb.

342/