ABNA24 Xəbər Verir, Tehran Universitetinin Pərdis Olum Kimya İnstitutunun elmi heyətinin üzvü xanım Sepideh Xoyi COMSTECH-2019 İxtiranın Qeydiyyatı Komitəsinin mükafatını almağa müvəffəq olub.
İslam Əməkdaşlığı Təşkilatının Elm və Texnologiya Əməkdaşlıqları Daimi Komitəsi elmi həmkarlıqların genişləndirilməsi və təşkilata üzv ölkələrin elmi əlaqələr səviyyəsinin yüksəldilməsi, həmçinin informasiya mübadiləsi və informasiya texnologiyasına xüsusi diqqətin yetirilməsi, eləcə də tədqiqat bölməsində investisiya və təkmilləşdirici təlimlərin inkişaf etdirilməsi məqsədilə islami ölkələr arasında təsis olunub.
Bu mükafat 1997-ci ildən İslam Əməkdaşlığı Təşkilatı tərəfindən iki ildən bir, elmin inkişaf etdirilməsi sahəsində diqqətəlayiq iştiraka və ixtira qeydiyyatına malik olan görkəmli şəxslərə verilir.
342/