21 sentyabr 2020 - 12:57
Moskva: ABŞ-dan qorxmuruq

Rusiya İran ilə silah ticarətinə görə ABŞ-ın sanksiyalarından qorxmur.

ABNA24 Xəbər Verir, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

TASS xəbər agentliyinin bildirdiyinə görə, Sergey Ryabkov Rusiyanın İran ilə silah ticarətinə görə ABŞ-ın sanksiyalarına məruz qalması ehtimalından çəkinmədiyini deyib. 

Ryabkov bazar ertəsi günü jurnalistlər qarşısında deyib: Biz ABŞ-ın sanksiyalarından çəkinmirik. Biz buna alışmışıq. ABŞ-ın sanksiyaları Rusiyanın siyasətlərinə təsir göstərə bilməz. 

S.Ryabkov Moskva-Tehran əlaqələrinin çoxşaxəli olduğunu deyərək, müdafiə sahəsindəki əməkdaşlıqların iki tərəfin istəkləri və ehtiyaclarına mütənasib şəkildə inkişaf edəcəyini bildirib. 

342/