ABNA24 Xəbər Verir, bu barədə İranın Vyanadakı səfiri və daimi nümayəndəsi Kazım Qəribabadi məlumat verib.
Qəribabadinin dediyinə görə İraqçı bazar ertəsi günü Vyana iclasında iştirak edən bəzi ölkə rəsmiləri ilə ikitərəfli görüşlər həyata keçirəcək. Həmçinin, nüvə anlaşmasına üzv ölkələrin işçi qruplarının iclası da elə həmin gün təşkil ediləcək.
İranın Vyanadakı daimi nümayəndəsinin dediyinə görə, nüvə komissiyasının birgə iclası çərşənbə axşamı baş tutacaq.
Qəribabadi həmçinin bildirib ki, İraqçı Vyanada olduğu müddət ərzində Avstriyanın xarici işlər naziri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə də görüşəcək.
342/