31 avqust 2020 - 12:00
"Fələstinlə bağlı mövqeyimiz prinsipialdır"

Yəmən Ənsarullahının lideri Aşura çıxışında Fələstinlə bağlı mövqelərinin prinsipial və dəyişilməz olduğunu dedi.

ABNA24 Xəbər Verir, Əbdülmalik Əl-Husi Aşura günü münasibətilə etdiyi çıxışda Amerika, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin düşmənçilikləri ilə mübarizəni Ənsarullahın prinsipial və dəyişilməz mövqeyi adlandırıb və cihadın müqəddəs olduğunu deyib. 

Əbdülmalik Əl-Husi əlavə edib: Yəmən xalqı Ərəbistan və BƏƏ-nin simvolu olduqları nifaq və fitnə cəbhəsində yer almamağa dair qəti seçim edib. 

Əl-Husi həmçinin deyib: Müstəqillik və asılılıqdan xilas olmaq yolunu seçən xalqın yolu, Hüseyn(ə) yoludur. 

Ənsarullahın lideri çıxışının davamında deyib: ABŞ, Səudiyə Ərəbistanı və BƏƏ-nin təcavüzlərinə qarşı mübarizə Yəmən xalqının dəyişilməz mövqeyidir. Cihad müqəddəs və dini vəzifədir. 

342/