6 avqust 2020 - 14:17
İran maska istehsalı avadanlıqları ixrac edir

İranın sənaye, mədən və ticarət nazirliyinin başçısı deyib ki, İran maska istehsalı avadanlıqları ixrac edir.

ABNA24 Xəbər Verir,  Hüseyn Müdərris Xiyabani qeyd edib ki, İranda hazırda gündə on bir milyon ədəd maska istehsal olunur.

Müdərris Xiyabani bildirib ki, bu miqdarda maska ölkədəki 46 sənaye obyektində və 135 emalatxanada istehsal olunur. O, deyib: Daxili ehtiyacın təmin edilməsinə əsasən, hazırda İran maska istehsalı avadanlıqlarını digər ölkələrə də ixrac edir.

342/