ABNA24 Xəbər Verir, Bijən Namdar Zəngənə öz tvitter səhifəsində qeyd edib ki, neft hasilatı səviyyəsinin yüksəldilməsi İran üçün həyati və stratejidir.
O, deyib: Təşəbbüskarlıqla İran İslam Respublikasının dünya bazarından olan payını geri alacağıq.
Zəngənə vurğulayıb: Bu məqsədlə bir İran şirkəti ilə müştərək "Yaran" yatağının genişləndirilməsi barədə İPS müqaviləsi imzalandı.
Bijən Namdar Zəngənə dünən Tehranda qeyd olunan layihə ilə bağlı müqavilənin imzalanması mərasiminin kənarında müxbirlərə deyib: İran heç bir şəraitdə təslim olmayacaq və Amerikanın sanksiyalarına rəğmən, öz neft sənayesini inkişaf etdirəcəkdir.
342/