ABNA24 Xəbər Verir, Azərbaycanda bu gün koronavirusa yoluxma sayı 526 nəfər təşkil edib. 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib: Azərbaycan Respublikasında 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib. 8605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
342/