27 may 2020 - 10:36
Türk qırıcıları PKK terrorçularını bombaladı

Türkiyə qırıcıları İraqın şimalındakı Haftanin və Hakurk bölgələrində PKK terrorçularının mövqelərini bombalayıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,  bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat çərçivəsində PKK-nın 5 silahlısı məhv edilib.