ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Sepah-ın quru qoşunlarının Həmzeye Seyyoddoşohəda qərargahının ictimai əlaqələr şöbəsi bir məlumatda bildiribdir ki, Sepah qüvvələri çərşənbə axşamı günü günortaçağı Kürdüstan vilayətinin kəşfiyyat idarəsinin məmurları ilə yanaşı Mərivan ümumi məntəqəsində keçirilən birgə əməliyyatda səkkiz nəfərdən ibarət əks-inqilabçı bir dəstə ilə qarşılaşıb və onlardan iki nəfəri öldürüblər.
Bu qarşıdurmada həmçinin əks-inqilabçı ünsürlərdən daha dörd nəfər də yaralanıbdır. Dəstənin qalıqları bölgənin coğrafi şəraitinə görə, qaçmağa üz tutublar. Onların təqib edilmələri davam edir.