10 may 2020 - 10:34
İŞİD İraqda partlayış törətdi, xəsarət alanlar var

Hadisə İraqın Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda İŞİD terrorçuları tərəfindən qoyulmuş bombanın partladılması nəticəsində bir neçə nəfər yaralanıb.

SəhərAzəri-in məlumatına görə, bu barədə yerli polisinin rəhbəri Hüseyn Əli "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, hadisə Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib. Bomba polislərin olduğu avtomobillərin keçdiyi yolun kənarına qoyulub.

Partlayış nəticəsində 4 polis əməkdaşı yaralanıb.