ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, APA-nın verdiyi məlumata görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: "Ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız əslində Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir."
Leyla Abdullayeva həm də vurğulayıb ki, hər hansı bir qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir.
342/