ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, SəhərAzeri-in Fars İnformasiya Agentliyinə istinadən verdiyi məlumatına görə, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində baş verib.
SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.
Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və Keşikçilər korpusunun daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin şəhadət zirvəsinə çatıb.
Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar da var.
342/