6 may 2020 - 11:29
SEPAH-ın 3 əməkdaşı şəhid olub

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı şəhadətə çatıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, SəhərAzeri-in Fars İnformasiya Agentliyinə istinadən verdiyi məlumatına görə, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində baş verib.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və Keşikçilər korpusunun daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin şəhadət zirvəsinə çatıb.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar da var.

342/