4 may 2020 - 11:33
Türkiyədə komendant saatı uzadılıb

Türkiyə prezidentinin sözçüsü bu ölkənin 31 vilayətində karantin qaydalarının uzadılmasından xəbər verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İbrahim Kalın dünən deyib ki, bazar günü gecə yarısı bitməli olan karantin qaydaları bazar ertəsi günü saat 24-dək uzadılıb.

Türkiyə prezidentinin sözçüsü sonra deyib: Koronavirusun mövcud olmasına görə, Fitir bayramı tətillərində də komendant saatının tətbiq olunması ehtimal olunur.