ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ziyalıların maraq göstərdikləri islamşünas, alim və filosof, ustad Morteza Motəhərrinin 1979-cu il mayın birində düşmənlər tərəfindən şəhid edilməsindən sonra bu gün, İran İslam Respublikası təqvimində müəllim günü adlandırılıbdır.
Şəhid Motəhərri Qum şəhərində təhsil alarkən elmi məsələləri öyrənməkdən əlavə, siyasi mübarizələr sahəsində də fəaliyyət göstərirdi. O, İslam İnqilabının başlanmasından bəri bu hərəkatın aktivlərindən və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in yaxınlarından sayılırdı.
Şəhid mütəfəkkir, ustad Morteza Motəhərri 12 yaşından islami elmlərin əsaslarını öyrənməyə başladı və öz təhsilini təkmilləşdirmək üçün Ayətullah Borucerdi, Əllamə Təbatəbayi və İmam Xomeyni(r.ə.) kimi görkəmli ustadların biliklərindən bəhrələndi.
İslamı dərindən tanımaq, eləcə də müasir dövrün ictimai, siyasi və mədəni məsələ və problemlərindən xəbərdar olmaq, şəhid Motəhhərinin xüsusiyyətlərindən idi.
342/