ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Polkovnik Qasem Həsənzadə deyib ki, bu qərargah döyüşçülərinin Səravan rayonunda narkotik maddələr qaçaqmalçıları ilə döyüşündə təhlükəsizlik layihəsinin bir bəsic üzvü şəhid olub, İran İslam Respublikasının hüquq-mühafizə qüvvələri məmurlarından üç nəfər də yaralanıbdır.
İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarının Qüds qərargahının ictimai əlaqələr şöbəsi müdirinin bildirdiyinə görə, həmçinin bu döyüşdə narkotik maddələr qaçaqmalçılarından üç nəfər öldürülübdür.
Səravan İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin bölgələrindən olaraq, Pakistanın qonşuluğunda yerləşir.
İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda üç mindən çox şəhid və bu miqdardan çox yaralı veribdir.
BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıbdır.
.............
340