9 fevral 2020 - 09:46
İran Suriya böhranının həlli üçün həmkarlığa hazırdır

İranın xarici işlər naziri BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşdə deyib ki, Tehran Suriyanın suverenliyi, istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü çərçivəsində bu ölkə böhranının həlli üzrə hər cür əməkdaşlığa hazırdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif bu gün günortaçağı Tehranda BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Geyr Pedersen ilə görüşdə siyasi həll yolunu Suriya böhranının yeganə həll yolu adlandırıbdır.

Pedersenin Zəriflə görüşündə Suriyanın son olayları ətrafında fikir mübadiləsi aparılıb.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi bu görüşdə Suriyanın siyasi prosesi barədə baxışını İranın xarici işlər nazirinə bəyan edib.

Pedersen Suriya ilə bağlı son hadisələr barədə İran Xarici İşlər Nazirliyinin digər rəsmiləri ilə də görüş keçirməlidir.

...........
340