13 yanvar 2020 - 06:49
İranın iradəsi Pakistanla əlaqələrin gücləndirilməsinə yönəlib

İran prezidenti dünən gecə Tehranda Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşdə vurğulayıb ki, İran bütün region ölkələrilə yaxın və dostcasına əlaqələrə malik olmağa maraqlıdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, O, deyib: İran əmindir ki, İslam Ümmətində ixtilaf və ayrılıq heç kəsin xeyrinə deyil və bu istiqamətdə Pakistanın regionda sülh və sabitliyin genişləndirilməsi üzrə səylərini tamamilə alqışlayır.

Həsən Ruhani bu görüşdə bölgənin həssas şəraitinə toxunub. Bildirib ki, hazırkı şəraitdə regionda sülh və sabitlik, eləcə də gərginliyin azalması üçün qarşılıqlı əlaqələr zərurət daşıyır.

Regionda savaş və gərginliyin yaranmasının çox təhlükəli ola bilməsini vurğulayan İran prezidenti Tehranın öz maraqlarının müdafiəsinə tam hazır olduğunu və heç vaxt bölgədə müharibə qızışdırmaq ardınca olmadığını bildirib.

Şah Mahmud Qureyşi də general-leytenant Soleymaninin şəhadəti və sərnişin təyyarəsinin qəzaya uğrması ilə əlaqədar başsağlığı verib. Deyib ki, general Soleymaninin terror edilməsi olduqca şokedici idi.

Pakistanın xarici işlər naziri deyib ki, Pakistan özünü İran üçün sülh və sabitlik şəriki hesab edir.

...........
340