ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sərnişin təyyarəsinin süqut etməsindən dərhal sonra bu hadisənin başvermə tərzi barədə təhqiqat əlaqədar rəsmilərin iş gündəmində durub. Cümə günü səhər bu hadisədən 48 saatdan az bir fasilədə ölkənin baş hərbi komandanları üçün insan səhvinin yəqinləşməsindən sonra İslam İnqilabının Böyük Rəhbəri və ölkə prezidenti məsələ barədə məlumatlandırılırlar.
İslam İnqilabının Böyük Rəhbəri ölkənin hava hücumundan müdafiə sistemində faciəli səhvdən xəbər tutan kimi dünən günortaçağı ölkənin Ali Milli Təhlükəsizlik Şurasının iclasının təcili surətdə keçirilməsi və məsələnin araşdırılması barədə göstəriş verir və vurğulayırlar ki, Ali Milli Təhlükəsizlik Şurasında araşdırma bitdikdən sonra hadisənin əsli və araşdırmaların nəticələri sədaqətlə və açıq şəkildə əlaqədar orqanlar tərəfindən xalqa elan edilsin.
İslam İnqilabının Böyük Rəhbərinin göstərişindən sonra ölkənin Ali Milli Təhlükəsizlik Şurası dünən gecə iclas keçirib və İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının bugünsəhərki bəyanatı və prezidentin İran xalqına müraciəti bu iclasın nəticələrinin bir hissəsi olubdur.
............
340